WordCamp Azərbaycan tarixi dəyişdirilir

Salam. Məlumatlandırmaq istəyirik ki, WordCamp Azərbaycan bəzi texniki səbəblərə görə tarixi dəyişdirilir. WordCamp Azerbaijain noyabrın 13-də keçirilməyəcək. Tədbirin vaxtı və yeri dəqiqləşdirilən kimi məlumat verəcəyik. Bu haqda gec məlumat verdiyimiz üçün üzr istəyirik.

Posted in Uncategorized | Leave a comment

WordCamp 2011 Azərbaycanda!

Sevimli CMS (məzmun idarəetmə sistemi) və bloq sistemimiz olan WordPress-ə həsr olunan WordCamp konfransları Azərbaycana da gəlib çıxdı!

WordPress-in daha hansı imkanlarından istifadə edə bilərik? İşimizə, təhsilimizə, biznesimizə hansı faydaları verə bilər? Bloq və developer fəaliyyətimizdə qazanc əldə etmək üçün hansı imkanları var? Bütün bu sualların cavabı yerli və xarici spikerlərin çıxışlarında!

WordCamp Azerbaijan 2011-in yeri, vaxtı, iştirak üçün biletlərin əldə olunması haqqında çox qısa bir zamanda ətraflı məlumat əldə edə biləcəksiniz! Bizi izləyin və 2011-ci ilin daha bir ən maraqlı və fərqli tədbirini qaçırmayın!

Siz spiker olmaq üçün və ya tədbirin könüllüsü olaraq onun təşkilində iştirak edə bilərsiniz!

Tədbir WordPress-in rəsmi icazəsi əsasında Barcamp Azərbaycan komandası tərəfindən təşkil olunur.

Posted in Uncategorized | Leave a comment